Öz Biznesinə Başla və Təkmilləşdir (ÖBBT) proqramı, Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən, qadın və kişilər üçün daha çox və daha yaxşı iş yerləri yaratmaq strategiyasını əsas tutaraq kiçik biznesin qurulması və inkişaf etdirilməsinə yönəlmiş idarəetmə təlim proqramıdır. Təxminən 100-dən çox ölkədə icra edilməsiylə, bu sahədə dünyanın ən böyük proqramlarından biridir və hazırda MDL layihəsi çərçivəsində istifadə olunur. Proqramın bir -biri ilə əlaqələndirilmiş dörd paketi var – 1) Öz Biznesini Yarat (ÖBY), 2) Öz Biznesinə Başla (ÖBB), 3) Öz Biznesini Təkmilləşdir(ÖBT) və 4) Öz Biznesini Böyüt (ÖBB).
Konsorsium mövcud ÖBB təlim proqramlarını nəzərdən keçirib və əldə edilmiş dərslərə əsaslanaraq Azərbaycan kontekstinə uyğun olaraq əlavə təkmilləşdirmələr hazırlayıb. Bu istiqamətdə psixo-motivasiya təlim modulları, maliyyə savadlılığı modulu və "rol modelləri" əlavə edib. Nəticədə təlim proqramı MDL üçün inkişaf etdirilmiş BƏT ÖBBT təliminin hibrid versiyası olan yeni məhsula çevrildi.