Biznes Planlarının Qiymətləndirilməsi

Konsorsium biznes planlarını uğurla yazan iştirakçıları Dövlət Məşğulluq Agentliyinin (DMA) nəzdində fəaliyyət göstərən Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialının (MMQF) əməkdaşları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları, həmçinin Azərbaycan Bank Assosiasiyalarının (ABA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) nümayəndələrinin iştirakı ilə təşkil etdiyi kommisiyanın Qiymətləndirmə prosesinə cəlb edir. Qiymətləndirmə zamanı iştirakçı öz biznes planını müdafiə etməli və komissiya üzvlərinin və sədrinin verdiyi suallara müvafiq cavab verməlidir. Bal sistemi ilə qiymətləndirmədən uğurla keçən iştirakçılar avadanlıq əldə etmək üçün uyğun hesab edilirlər və növbəlilik prinsipi əsasında DMA tərəfindən təxminən 22.000 iştirakçı avadanlıqla təmin edilməkdədir.

close