Konsorsium yenilənmiş BƏT ÖBBT təlim proqramı əsasında MDL-də sayca yeddi Gəncə və Bakı şəhərlərində Təlimçilərin Təlimi (TT) təşkil etmişdir. Təlimlərdə ölkənin müxtəlif və çox saylı rayonlarından yüzdən çox təlimçi iştirak etmişdir. TT kursu iştirakçılara bir sıra mövzularda təkmilləşməyə imkan vermişdir. Məsələn: Təkmilləşdirilmiş MDL biznes təliminin məzmunu və onun müxtəlif modulları, o cümlədən yeniləri və rol modelləri haqqında tam anlayış əldə etmək, biznes təlim paketlərinin hədəf qrupları və öyrənmə məqsədlərindəki əsas fərqləri anlamaq, xüsusi hədəf qrupları üçün xidmətlərin marketinqi üçün müxtəlif strategiyaları müəyyən etmək, biznes təliminin müxtəlif səviyyələrində və onun müxtəlif modullarında mövcud olan monitorinq və qiymətləndirmə alətləri də daxil olmaqla, layihənin idarə edilməsində ən yaxşı təcrübələrdən xəbərdar olmaq, yenilənmiş MDL biznes təliminin sosial və yumşaq bacarıqlar aspektləri haqqında öyrənmək, və s.