ÜDSY Çıxış Strategiyası

Yoxsulluqla mübarizəyə hədəflənmiş əsas nağd pul köçürmə proqramı olan Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY), 2017 -ci ildə ümumi sosial yardım xərclərinin təxminən 38 faizini təşkil edən və Ümum Daxili Məhsulun (ÜDM) 0,3 faizinə bərabər olan ölkənin ən böyük sosial yardım proqramıdır.

MDL-in ÜDSY benefisiarlarının və digər həssas qrupların ya özünüməşğulluq, ya da məşğulluq sahəsindəki payını artıracağı, məhsuldar fəaliyyətlərinə cığırlar açacağı və uzunmüddətli perspektivdə, bu layihənin əhatə dairəsi xaricində də, ümumilikdə həyat səviyyəsinin yaxşılaşdırılmasına təkan verəcəyi gözlənilir. Bu məqsədlə Konsorsium ÜDSY-dən Çıxış Strategiyasını hazırladı. Çıxış Strategiyası benefisiarlara aktiv əmək bazarı proqramlarına (AƏBP), o cümlədən təbii şəklində müavinətlərlə özünüməşğulluq və bacarıqlarını artırmaq üçün peşə təhsili proqramları öyrənmək imkanlarını genişləndirməyə kömək edəcək. Bu, ÜDSY benefisiarlarına iş tapmaq, bacarıqlarını artırmaq, yüksək maaşlı iş yerləri əldə etmək və ailə gəlirlərini artırmaq üçün böyük şans verir. Eyni zamanda, onlar ÜDSY proqramında iştirak etməyə və sosial müavinət proqramı həmişə açıq və əlçatan olduğu üçün müavinətlərini almağa davam edəcəklər.

Strategiya Dövlət Məşğulluq Agentliyi (DMA) ilə Dövlət Sosial Müdafiə Fondu (DSMF), Dayanıqlı və Operativ Sosial Təminat agentliyi (DOST) kimi sosial yardım təşkilatları və ƏƏSMN-nin digər şöbələri arasında daha sıx əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutur.

Nazirlik tədricən "öncə iş" və aktiv sosial təminat konsepsiyalarını quracaq və müvafiq "DMA qeydiyyatı" ÜDSY proqramının uyğunluq meyarlarından birinə çevriləcək. Beləliklə, MDL və digər AƏBP proqramları ÜDSY müraciətləri zamanı aztəminatlı ailələrin üzvləri üçün asanlıqla əlçatan olacaq.

Çıxış Strategiyası iki icra mərhələsindən ibarətdir. Tezliklə Nazirlik strategiyanın birinci mərhələsi üçün pilot sınaq keçirəcək və pilot ÜDSY alıcıları üçün aktiv əmək bazarı məhsullarına necə çatmaq və tətbiq etmək barədə düzgün məlumat kampaniyasından ibarət olacaq. Nazirlik qarşıdan gələn pilot əməliyyatları və onun departamentləri arasında rol bölgüsünü müzakirə etmək və lazımi resursları ayırmaq üçün ilk iclasını keçirdi. Öz növbəsində, Konsorsium ÜDSY Çıxış Strategiyasının Pilot Əməliyyat Təlimatına əsaslanaraq DSMF, DOST və DMA-nın müvafiq heyəti üçün nəzərdə tutulan təlim kurslarına hazırlaşmağa başlayıb.

close