Biznes Təlimlərinin Keçirilməsi

Layihə çərçivəsində 32.000 iştirakçıya biznes təlimləri keçirilməkdədir. Belə ki, bütün ölkə ərazisi üzrə 77 rayonda 40dan çox biznes təlimçisi vasitəsilə həm onlayn, həm də oflayn 40 saatlıq təlimlər təşkil olunur. Bu təlimlər Beynəlxalq Əmək Təşkilatının (BƏT) təlim proqramları əsasında tədris edilir. Təlimlər zamanı iştirakçılar öz ideyaları əsasında biznes plan yazmağı öyrənir, marketinq planı tərtib edir, bazar araşdırması, satış proqnozları verir, həmçinin hüquqi məhsuliyyət və siğorta haqqında da məlumat əldə edirlər.

Qeyd edək ki, biznes təlimlərini uğurla bitirən iştirakçılar qiymətləndirmə prosesinə cəlb olunur.

close