Müşahidə Səfərlərinin Təşkili

DMA tərəfindən müvafiq avadanlıqlar verildikdən sonra, Konsorsium tərəfindən 1 il ərzində hər iştirakçıya 4 dəfə olmaqla müşahidə səfərləri keçirilir.

Müşahidə məqsədli ziyarətlərin məqsədləri belədir:

  • Bacarıqların təkmilləşdirilməsi və iştirakçıların biznes təlim bacarıqlarının iş şəraitində tətbiq edilməsinə kömək etmək;
  • Təqdim olunan avadanlıqları idarə edərkən iştirakçıların qarşılaşdıqları problemləri müəyyənləşdirmək və bu problemlərin həllinə kömək etmək;
  • Biznes planının həyata keçirilməsini yaxşılaşdırmaq üçün iştirakçıların performansı və onların performansına təsir edən şərtlər haqqında məlumat toplamaq.

Qeyd edək ki, bu səfərlər layihənin məhsuldarlığına və əsas məqsədinə nail olmasına müsbət təsir etməkdədir.

close