MDL Təlimat Sənədi

Konsorsium tərəfindən MDL-in həyata keçirilməsi üçün bütün proseslər və prosedurlar, habelə benefisiarların seçilməsi, biznesin təşkili və digər müvafiq təlimlər, biznes planlarının hazırlanması və təsdiqlənməsi, müşahidə məqsədli səfərlər, mentorluq xidmətləri və s. daxil olmaqla bütün fəaliyyətlərin idarə olunmasını ehtiva edən ətraflı əməliyyat kitabçası təkmilləşdirilmişdir.

Əməliyyat kitabçası aşağıdakı əsas addımları özündə birləşdirir:

  • Məlumat Kampaniyası və Müraciətlərin Toplanması;                                      
  • Müraciətçilərin Seçilməsi;
  • Biznes Planların Hazırlanması, Təkmilləşdirilməsi və Təqdimatında iştirak;
  • Ən Yaxşı Biznes Planlarının Qiymətləndirilməsi və Seçilməsi;
  • Peşə təlimində iştirak;
  • Avadanlıq Mükafatları;                                                                            
  • Müşahidə məqsədli ziyarətlər;
  • Avadanlıq mükafatlandırılmasından bir il sonra qrant mükafatları üçün Biznes Planının Qiymətləndirilməsi;        
  • Mentorluq ziyarətləri;
  • Pul mükafatları;
  • Monitorinq və Qiymətləndirmə fəaliyyətləri.
close