ƏƏSMN tərəfindən idarə olunan peşə hazırlıq mərkəzləri (PHM) əmək bazarına uyğun bacarıqlarla təhsil vermək üçün tədris proqramlarının və təlim materiallarının təkmilləşdirilməsini, habelə işəgötürənlərlə daha güclü əlaqələrin qurulmasını təmin etmək üçün MDL çərçivəsində Konsorsiuma 20 təkmilləşdirilməli peşə təqdim etdi. Beləliklə, Konsorsium 2021-ci ilin oktyabrından başlayaraq iki beynəlxalq eksperti – əmək bazarı üzrə analitik Mike Dowden və sənaye və biznes prosesləri üzrə ekspert Visente Lopezi — mövcud PHM-lərdə artıq mövcud olan kurslar üçün Vauçer Bacarıqları Təlim Proqramının (VSTP) əsas bacarıq və səriştə standartlarını həyata keçirmək məqsədilə səfərbər etdi.
2022-ci ilin fevral ayından başlayaraq əmək bazarı üzrə analitik və sənaye və biznes prosesləri üzrə ekspert, həmçinin layihə qrupunun rəhbəri və dəstəkləyici ekspertlərdən ibarət texniki yardım qrupu modulların yenilənməsi üzrə işi davam etdirdi və mövcud VSTP təlimatlarının ilkin qiymətləndirilməsini və yenidən nəzərdən keçirilməsini təmin etdi. Bu qiymətləndirmə zəruri idi və PHM-də mövcud olan VSTP tədris proqramlarının qabaqcıl beynəlxalq standartlara uyğun olaraq səriştə əsaslı öyrənmə prinsiplərini əks etdirməsi üçün genişləndirilməsi və təkmilləşdirilməsində mühüm rol oynadı.
Təlim modulunu yeniləmək üçün istifadə edilən struktur Azərbaycanda əvvəlki PHM inkişaf layihələrində istifadə edilən GIZ modelinə əsaslansa da, DMA-nın sifarişi ilə texniki yardım qrupu təlim materiallarının DACUM II metodologiyasına uyğun olaraq hazırlanmasına diqqət yetirmişdir. Qeyd etmək lazımdır ki, yenilənmədə hər bir peşə üzrə milli və beynəlxalq sahə mütəxəssiləri iştirak edib.