Mentorluq

Konsorsium bizneslərinin 12 ayı tamamlanmış iştirakçıların təxminən 40%-ə bir iştirkaçıya 6 dəfə olmaqla mentorluq səfərləri təşkil edir. Mentorluq səfərləri iştirakçılara həm mənəvi dəstək verir, həm də layihənin həyata keçirilməsində hər hansı bacarıq boşluqlarını və texniki problemləri müəyyən etmək məqsədi daşıyır. Həmçinin bu səfərlərin mahiyyəti iştirakçıları öz potensiallarını və bizneslərinin uğurlarını maksimum dərəcədə artırmaq, onları həvəsləndirmək və dəstəkləməkdir. Başqa sözlə ifadə etsək, mentorluq əlaqələri iştirakçıları ruhlandırmaq və gücləndirmək, onlara daha yaxşı gələcək qurmaq üçün öz qabiliyyətlərini və inamını anlamağa və kəşf etməyə kömək etmək üçün nəzərdə tutulub. Belə ki, müşahidə səfərlərinin birinci ilinin dördüncü səfərində iştirakçılar mentorluğun nədən ibarət olduğuna dair yazılı izahat alır. Bu məlumat əsasında onlar biznes əməliyyatlarının ikinci ilində başlayacaq mentorluq səfərlərinin təşkil edilməsinə təsdiq verirlər.

close