WEGLOBAL VƏ EKVİTA-NIN İCRASINA RƏHBƏRLİK ETDİYİ “MƏŞĞULLUĞA DƏSTƏK LAYİHƏSİ”-NİN CARİ HESABATI

WeGlobal və EKVİTA Dünya Bankı tərəfindən maliyyələşdirilən “Məşğulluğa Dəstək Layihəsi”-nin icrasına rəhbərlik etməyə davam edir.

Layihənin məqsədi Azərbaycanda həssas qrupların məşğulluq imkanlarını yaxşılaşdırmaqdır. Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. 

Qeyd edək ki, 2021-ci ildən start götürən proqram çərçivəsində özünüməşğulluq fəaliyyətinə maraqları olan şəxslərə öncə 25 peşə növü üzrə peşəkar təlimlər keçirilir. Təlimi uğurla başa vuran potensial sahibkarlar qiymətləndirmə protokolunu keçdikdən sonra peşə seçimlərinə müvafiq avadanlıqlarla təchiz olunur. Fəaliyyətini davam etdirən benefisiarlar proqram boyunca mütəmadi müşahidəçilər tərəfindən ziyarət edilib çətinlikləri və ya mövcud boşluqlar haqda dəstək və təlimat alırlar.

EKVİTA hazırda uğurla “Məşğulluğa Dəstək Layihəsi”-nin genişmiqyaslı icrasına uğurla rəhbərlik etməyə davam edir.

close